Taksilərdə gediş haqqı 60 qəpik artıb

25.08.2026

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Ötən il Azərbaycanda taksi nəqliyyatı ilə 94 milyon 8 min sərnişin daşınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə ötən il taksi ilə daşınan sərnişinlərin sayı 3,5% və ya 3 milyon 179 min sərnişin çox olub.
Qeyd edək ki, taksi nəqliyyatı ilə sərnişin daşınmasından əldə olunan gəlir isə son bir ildə 25,1% və ya 63 milyon 768 min manat artaraq 317 milyon 451 min manata çatıb. Ötən il bir sərnişindən əldə olunan orta gəlir 3,4 manat olub və bu göstərici bir il əvvəl 2,8 manat təşkil edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, taksi nəqliyyatı ilə bir sərnişinin daşınmasından əldə olunan gəlir son bir ildə 60 qəpik artıb.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью