Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda taksilərin xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilməsi hazırda məqsədəuyğun hesab edilmir.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, paytaxtda taksilərin sayı 25 mindən çoxdur və faktiki göstərici bundan da yüksəkdir: "Bu qədər nəqliyyat vasitəsinin xüsusi zolaqlara daxil olması həmin zolaqların əsas funksiyasını zəiflədə bilər. Taksilər zolağa daxil olduqdan sonra yolboyu dayanaraq sərnişin götürəcək və düşürəcək. Bu isə xüsusi zolaqların maneəsiz hərəkət prinsipi ilə ziddiyyət təşkil edir və onların effektivliyini azalda bilər".
R.Hümmətov əlavə edib ki, hazırda əsas məqsəd mövcud zolaqların ictimai nəqliyyat üçün sürətli və fasiləsiz hərəkətini təmin etməkdir: "Buna görə də bu məsələ hazırkı mərhələdə müzakirə edilmir.
Oxunub 38