Taksiyə minən vətəndaşın vurduğu zərəri kim qarşılamalıdır? Hüquqşünasdan CAVAB FOTO | Icm…
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtda fəaliyyət göstərən bir çox taksi sürücüsü gündəlik iş zamanı müxtəlif psixologiyada sərnişinlə qarşılaşır.
Avtosfer.a-ın müşahidələrinə əsasən, bu sərnişinlərin bir qismi mədəni davranır, kimisi tələsir, kimisi isə arxasında xoşagəlməz iz buraxır.
Bəzən elə hallar olur ki, müştəri sanki öz evindəymiş kimi davranaraq avtomobilin salonuna zərər yetirir.
Oturacaq qoparılır, içkilər tökülür, bəzən isə qapı və salonun digər hissələri zədələnir.
Sürücü isə bu zərəri yalnız müştəri düşdükdən sonra, bəzən də növbəti sifariş zamanı fərq edir.
Belə vəziyyətdə maraqlı və bir o qədər də mübahisəli sual ortaya çıxır: istər şirkətə məxsus avtomobilə, istərsə də şəxsi nəqliyyat vasitəsinə dəyən ziyanın məsuliyyətini kim daşımalıdır; taksi sürücüsü, yoxsa zərəri vuran sərnişin?
Məsələ ilə bağlı hüquqşunas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə belə bir yanaşma mövcuddur ki, sərnişin istifadə etdiyi nəqliyyat vasitəsinə zərər vurmamalıdır: “Nazirlər Kabinetinin 145 nömrəli qərarında da qeyd olunur ki, sərnişinin vəzifələrindən biri, istər taksidən, istərsə də avtobusdan istifadə edərkən nəqliyyat vasitəsinə və onun avadanlıqlarına heç bir ziyan vurmamaqdır.
Tam oxu
Xəbəri oxu