Taktiki səhv ucbatından qol buraxdıq Vasili Berezutski

09.05.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sabah" Misli premyer-liqasının 34-cü tur matçında evdə "Şamaxı"ya qalib gəldi - 3:1.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında açıqlama verdi:

"Bu gün vacib qələbə qazandıq. Qalibiyyət komandanın psixoloji baxımdan daha da inkişaf etməsinə səbəb olacaq. Pis oynamadıq. Lakin taktiki səhv ucbatından qol buraxdıq. Yenə də ümumi baxsaq, futbolçularımdan razı qaldım".


KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью