Icma.az, Azertag saytına istinadən bildirir.
Şuşa, 17 aprel, AZƏRTAC
Azərbaycan hökumətinin Şuşada və Qarabağda bütün mədəni irsi, tarixi abidələri bərpa etmək və qorumaq üçün gördüyü işlər olduqca möhtəşəmdir. Mən dünyada bu qədər qısa müddətdə bu səviyyədə işlərin həyata keçirildiyini başqa heç yerdə görmədim.
Bunu AZƏRTAC-a açıqlamasında texnoloji innovasiyalar üzrə mütəxəssis Tal Katran deyib.
"Mədəni irs insanlar üçün çox vacibdir, bu, insanların yaddaşıdır və insanlıq ondan gələcək onilliklər üçün faydalanır. Bu baxımdan Azərbaycan, xüsusən də Mədəniyyət Nazirliyi, olduqca təqdirəlayiq işlər görür", - deyə o qeyd edib.