Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? Rəsmi

20.06.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Talassemiya gen daşıyıcılarının hərbi xidmətə yararlılığı ilə bağlı açıqlama verilib.

Milli.Az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına görə, qüvvədə olan qanunvericiliyə əsasən talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nə əsasən, bu diaqnozla şəhadətləndirilən şəxslər "A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı" sayılırlar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью