Talassemiya nədir? Həkimdən AÇIQLAMA

08.07.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Talassemiya qırmızı qan hüceyrələrinin tərkibində olan hemoqlobin adlı zülalın sintezinin genetik səbəblərdən pozulması nəticəsində yaranan irsi qan xəstəliyidir".

Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva dedi.

Həkimin sözlərinə görə, qırmızı qan hüceyrələri orqanizmdə oksigenin daşınmasında mühüm rol oynayır.

"Bu proses pozulduqda bütün orqanlar kifayət qədər oksigen ala bilmir. Sadə dillə desək, orqanizm sanki oksigensiz qalır və bunun nəticəsində ciddi sağlamlıq problemləri yaranır. İlk növbədə isə bu vəziyyət özünü qanazlığı şəklində göstərir. Qanazlığı xəstəliyin görünən ilk əlamətlərindən biri olsa da, əslində onun arxasında çox mürəkkəb mexanizmlər dayanır. Buna görə də xəstəliyin vaxtında aşkarlanması, düzgün araşdırılması və erkən müdaxilə olunması son dərəcə vacibdir", – deyə hematoloq vurğuladı.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью