Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə mühakimə edilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi yenə baş tutmayıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, prosesin baş tutmamasına səbəb təqsirləndirilən Aynur Bayramovanın hələ bilinməyən səbəbdən qəfil müalicə müəssisəsinə yerləşdirilməsidir.
Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır. Bu, adıçəkilən hakimin baxdığı sonuncu işlərdəndir.
Belə ki, o, bir neçə aya yaş həddi ilə bağlı təqaüdə göndəriləcək.
Hakim hesab edir ki, təqsirləndirilən şəxslər məhz bu səbəbdən məhkəməni uzadırlar.
Düşünürlər ki, süründürməçilik etsələr, onun da hakimliyi bitər, iş başqa hakimə keçər: "Mən maraqlanmışam, Aynur dünən axşama kimi sağlam olub.
Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm. Yadınızdadırsa, burada da özünü yerə yıxırdı.
Tam oxu
Xəbəri oxu