Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.
Təqsirləndirilən Nuridə Seyidova cinayət işində özünü qismən təqsirli bildiyini deyib. Digər şəxslər isə özlərini təqsirli bilməyiblər.
Təqsirləndirilən şəxslər və zərərçəkmişlər əvvəlki ifadələrini təsdiqləyiblər.
Daha sonra məhkəmənin göndərdiyi sorğular əsasında daxil olmuş sənədlərə baxılıb.
Mərkəzi Gömrük Komitəsinin tibb xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Mircəlal Kazıminin icra etdiyi əməliyyatlara və göstərilən digər tibbi xidmətlərinə görə, "Urmed Help" şirkətinin onlara 245.265 manat borcu qalıb.
Belə ki, təqsirləndirilən şəxslərin şirkətin qaraciyər və ya böyrək köçürülməsi məqsədilə göndərdiyi xəstələrin pullarının bir qismini ödəməyiblər.