Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa-Azərbaycan Məktəbinin havalandırma və soyutma sisteminin yaratdığı səs-küy ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.
"AzPolitika" bildirir ki, bununla bağlı Baku TV-nin qaynar xəttinə müraciət daxil olub.
Badamdar qəsəbəsində yaşayan sakinlərin sözlərinə görə, gecə və səhər saatlarında fasiləsiz işləyən havalandırma sistemindən yüksək səslər gəlir. Onlar bildiriblər ki, problemlə bağlı üç ildir məktəb rəhbərliyinə və aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək hər hansı tədbir görülməyib.
“Səhərə qədər yatmaq mümkün deyil. Bu səsə görə yata bilmirik. Nə edək? Buradan köçək? Bu evi almışıq. Bu gecə səhərə qədər oğlum yata bilməyib”, – sakinlərdən biri deyib.
Digər sakin isə uzun müddətdir bu problemdən əziyyət çəkdiyini bildirib:
“Altı ildir bu əziyyətlə yaşayırıq. Havalandırma sisteminin səsindən dəfələrlə məktəbə şikayət etmişik. Lakin problem həll olunmayıb”.
Avropa Azərbaycan Məktəbi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun qurucusu olduğu Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən 2011-ci ildə təsis edilmiş özəl ümumtəhsil məktəbidir.