Taleh Becanov Rusiyada tutulub

06.01.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan vətəndaşı Becanov Taleh Mehdi oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Bakı şəhəri Xətai rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Taleh Becanovun Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Taleh Becanov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью