Taleh Cabbarlı faciəvi formada dünyasını dəyişdi VİDEO

16.10.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Yeni Sabah"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, saat 05:00 radələrində yolun 207-ci kilometrində Mahmud Əliyevin idarə etdiyi “İsuzu” markalı avtokran yol kənarında dayanmış Uğurlu Pənəliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub. Marqarita pizza

Qəza nəticəsində “İsuzu”nun sərnişini, İmişli şəhər sakini, 1980-ci il təvəllüdlü Taleh Cabbarlı hadisə yerində həyatını itirib. Əraziyə Yol Patrul Xidməti Alayının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, hadisəyə səbəb M.Əliyevin sükan arxasında yuxulaması və avtomobilin idarəetmədən çıxması olub.

Baş Dövlət Yol Polisi İdarəsi oxşar səbəblərdən ağır yol qəzalarının baş verməsindən narahatlığını ifadə edib. İdarə sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etmək barədə çağırış edib.

BDYPİ sürücüləri həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırıb.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью