Icma.az, Fanat portalına istinadən məlumat verir.
Daha bir futbolçu 1-ci Liqa təmsilçisi "Mingəçevir"i tərk etmək qərarına gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, yarımmüdafiəçi Taleh Fərmanovdur.
Maaşı azaldılan 22 yaşlı oyunçu "şəhərlilər"lə müqavilə yeniləmək istəməyib. Onun kareyrasını harada davam etdirəcəyi indilik bəlli deyil.
Qeyd edək ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü pillədə başa vurub. Yanvara qədər 6 xalı olan bölgə təmsilçisi mövsümün ikinci yarısında Füzuli Məmmədovun rəhbərliyi altında daha 29 xal toplayaraq adından söz etdirib. Komanda bir neçə gün öncə Ramiz Məmmədova tapşırılıb.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol