Taleh Kazımov: 2030 cu ilədək yeni əsginasların buraxılması planlaşdırılmır

06.05.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 6 may, AZƏRTAC

Hər hansı nominalda, xüsusən 500 manat nominalında pul nişanının dövriyyəyə buraxılması nəzərdə tutulmur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

T.Kazımov qeyd edib ki, ən azı 2030-cu ilədək yeni əsginasların bazara buraxılması planlaşdırılmır.

Fotoqraf - İlqar Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью