Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
O bildirib ki, mövcud ehtiyatlar 40 ay ərzində ölkənin mal və xidmət idxalının maliyyələşdirilməsi üçün yetərlidir:
"Beynəlxalq təcrübəyə əsasən, bu göstəricinin norması 3 ay təşkil etməlidir. Azərbaycanda isə bu rəqəm 40 aya bərabərdir ki, bu da olduqca böyük maliyyə yastığıdır".