Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 4 fevral, AZƏRTAC
Cari əməliyyatlar balansının (CƏB) proqnozu orta müddətdə müsbətdir. Bu il CƏB profisitinin 2,8-3 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, 2027-ci ildə isə CƏB profisitinin 2,7–2,8 milyard dollar təşkil edəcəyi gözlənilir.