Taleh Kazımov: İlin sonuna kimi əmək haqqının istənilən bankdan alınması mümkün ola bilər

24.07.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycan Mərkəzi Bankı (AMB) əmək haqqının istənilən bankdan alınması ilin sonuna qədər mümkün ola bilər.

APA-Economics” xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımovun iqtisadçı-ekspertlərlə görüşündə bildirilib.
AMB sədri qeyd edib ki, bununla bağlı hazırda iş aparılır.

Görüşdə pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar, maliyyə sektorunda müşahidə olunan cari tendensiyalar və gələcək planlar ətrafında əhatəli və məzmunlu müzakirələr aparılıb, qurumun hazırladığı yeni maliyyə aləti (hedcinq) və onun iqtisadiyyata mümkün töhfələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью