Taleh Kazımov: Maliyyə sektoru iqtisadi artımın maliyyələşməsində mühüm rol oynayır

10.02.2025

Icma.az bildirir, Banco.az portalına istinadən.

Maliyyə sektoru iqtisadi artımın maliyyələşdirilməsində mühüm rol oynayır.

Bunu Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, əsas məqsəd daxili və xarici investisiyaları, xüsusilə innovasiyalara yönləndirmək və bu sahəyə maliyyə dəstəyi verməkdir: “Düşünürəm ki, güclü və sabit maliyyə sektorumuzdan səmərəli istifadə etməklə orta gəlir tələsindən yayınmaq mümkündür”.

“Mərkəzi Bank hökumət, Dünya Bankı və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etməyə davam edəcək ki, siyasətimiz 2025-2029-cu illəri əhatə edən yenilənmiş Dünya Bankının Ölkə Tərəfdaşlıq Çərçivəsinin strateji prioritetlərinə uyğun olsun” - Taleh Kazımov əlavə edib.

apa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью