Taleh Kazımov onlara vəzifə verdi

07.01.2025

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov qərarlar imzalayıb.

Qərarlara əsasən, Ülvin Emin oğlu Əliyev AMB sədrinin müşaviri, Fuad Fərman oğlu İsayev isə Mərkəzi Bankın baş direktoru təyin olunub.

Qeyd edək ki, Ülvin Əliyev yeni vəzifəsinə qədər Mərkəzi Bankın sədrinin ofisində sədrin köməkçisi, Korporativ idarəetmə və katiblik departamentində Sədrin ofisi şöbəsinin rəisi, daha sonra isə Sədrin ofisi departamentinin direktoru vəzifələrində çalışıb.

Fuad İsayev isə bu təyinatadək 2020-2024-ci illər ərzində Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib.


Ülvin Əliyev



Fuad İsayev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью