Icma.az bildirir, Apa.az portalına istinadən. 2024-cü ildə təminatsız banklararası bazarın həcmi 101 milyard manatı ötüb.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, birgünlük AZIR indeksinin dəhliz çərçivəsində saxlayıb uçot dərəcəsinin ətrafında forlaşmasına imkan vermişik.
“Ötən il ikinci yarısında Mərkəzi Bank öz sterilizasiya əməliyyatlarını kəskin azaldıb.
Bununla da biz sektorda likvidliyi təmin etmişik” - deyə Taleh Kazımov qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.