Taleh Kazımovdan yeni təyinat

15.09.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elvin Cuvarov AMB-nin Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinq bölməsinin rəhbəri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью