Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.
"Unikal" AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib. Beləliklə, AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.
Bundan başqa, Vüsal Cavanşir oğlu Qurbanov AMB-nin baş direktoru təyin edilib. O, buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.