Taleh Kazımovun Cənubi Koreyaya işgüzar səfəri başlayıb

02.12.2025

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Cənubi Koreyaya işgüzar səfəri başlayıb.

525.az quruma istinadən xəbər verir ki, səfər çərçivəsində Koreyanın maliyyə nəzarəti qurumları ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə makroiqtisadi vəziyyət, maliyyə sektorunda tənzimləyici çərçivələrin təkmilləşdirilməsi, texnoloji yeniliklər və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Səfərin məqsədi iki ölkənin maliyyə sektorları arasında əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью