Taleh Qaraşov şəhidin məzarını ziyarət edib FOTOLAR

10.12.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 10-da Vətən müharibəsi şəhidi  Nurizadə Qalib Habil oğlunun anım günüdür.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidin Gəgiran kənd qəbiristanlığındakı qəbrini ziyarət edib, məzarı önünə tər güllər düzüb, ruhuna dualar ediblər.

Taleh Qaraşov şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью