Taleh Qaraşov yas mərasimlərində iştirak edib FOTOLAR

09.04.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Aprelin 9-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, yerli icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Cəbrayıl rayonunda sursat partlayışı nəticəsində həlak olan hərbi qulluqçu Musazadə Əsgərin, eləcə də bir müddət öncə itkin düşən və cənazəsi İrandan Azərbaycana gətirilərək dəfn edilən balıqçı İbayev Mahmudun yas mərasimində iştirak ediblər.

"Unikal" xəbər verir ki, icra başçısı vəfat edən şəxslərin ailələrinə başsağlığı verib, dövlətin hər zaman vətəndaşlarının yanında olduğunu bildirib. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью