Taleh Yüzbəyovun arvadı: “Mən niyə mühakimə olunuram?”

14.07.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Taleh Yüzbəyovun “Almond” brendi üçün çəkdiyi reklam çarxı sosial şəbəkələrdə ciddi narazılıq doğurub.

“Yeni Sabah” xəbər verir ki, izləyicilərin sərt tənqidi və mənfi rəylərindən sonra video çarxla bağlı aktyorun xanımı Xatirə Yüzbəyova susqunluğunu pozub.

O, paylaşım edərək ərinin çəkdiyi videoya görə özünün hədəf seçilməsinə kəskin etiraz edib. X.Yüzbəyova fərqli fərdlər olduqlarını vurğulayıb: pizza mizza

“Mən və həyat yoldaşım müxtəlif dünyagörüşlərinə, fikirlərə və nəhayət, beyinlərə malik insanlarıq. Başqa qadınları öz dünyanızda müdafiə edərkən, bu mövzuda mövqeyini bilmədiyiniz bir qadını alçaldaraq hansı qadın həmrəyliyindən danışırsınız?!"

Xatırladaq ki, çoxsaylı mənfi rəylərdən sonra “Almond” şirkəti video çarx silib.

Cəlalə Cəlalqızı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью