Taleni Allah yox, biz yazırıq... | Icma.az
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır. Dünyaya insan gəlir. Hər gün... Yüzlərlə, minlərlə.
Hər birinin də doğulmazdan əvvəl taleyi doğulur. Artıq o, dünyaya gələndə alnında yazısını da gətirir.
Və elə o andan, o saatdan başlayaraq alın yazısı ilə həyatına davam edir. Biz dünyaya kişimi, qadınmı gələcəyik, buna qərarı Allah verir.
Biz dünyaya hansı ayın hansı günündə gələcəyik, buna da qərarı Allah verir.
Bəs biz hansı bürcə, hansı ilə aid olacağıq, bəli buna da qərarı Allah verir.
Allahın qərarı ilə, yəni bizim hansı aya, hansı günə, hansı bürcə aid olmağımızla da xarakterimiz formalaşır, taleyimiz həmin bürcə, ilə, aya, günə uyğunlaşdırılmış şəkildə yazılır.
Gəlin görək bu, həmişə belədirmi? Biz hər zaman Allahın verdiyi, yazısı, nəsibi ilə razılaşırıqmı?.. Doğum günü: Allahdan, yoxsa bizdən?..
Zaman vardı ki, uşağın dünyaya gəlməsinə Allah hökm verirdi.
Tam oxu
Xəbəri oxu