Taleyə boyun əyib yaşamaq... Aqşin Yenisey

04.04.2025

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Estetika nədir? İnsanın öz taleyi ilə apardığı savaşın görüntüsü.

Estetika görünməyən düşmənə məğlub olma sənətidir.

Tale ilə savaşdan qalib ayrılan insan ideologiya, din, dövlət yaradır. Estetika bu savaşda məğlub olanın yaratdığıdır.

Taleyə boyun əyib yaşamaq ən yaxşısı deyil, ən rahatıdır.

Rahat olan yaxşı olan demək deyildir.

Rahatlıq varsa, yaradıcılıq yoxdur.

Şair bizə qalibliyin deyil, məğlubluğun gözəlliyindən danışır. Qalib gələndən şair olmaz. Qalib gəlmək sərkərdə işidir.

Sənət məğlubun hüznüdür! Estetika hüzndür. Hətta erotika da pornoqrafiyanın hüznüdür, ona görə estetikdir.

Şair günlük qələbələrin qürurundansa, böyük məğlubiyyətin hüznünü seçən adamdır.

Gözəllik səbəbi bizdən gizlədilən hüznün görüntüsüdür.

Sənət də elə budur: səbəbi bizdən gizlədilən hüznün görüntüsü

Xalq rəssamının əsərləri Parisdə Xalq artistinin dəfn yeri məlum oldu Türk poeziyasında sufizmin inkişaf paradiqmaları - Nizami Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью