Talıb Tale aşıqlığa başlayır

24.01.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Müğənni Talıb Tale aşıq mahnıları ifa etməyə hazırlaşır. 

Ölkə.az pravda.az-a istinadla xəbər verib ki, müğənni bu barədə “ATV”də yayımlanan “7 tamam” verilişində deyib. 

“Aşıq nəslindən olduğuma görə bir neçə aşıq musiqisi ifa etmişəm. Artıq bir mahnımı təqdim etmişəm.  Aşıq Ələsgərin müxənnəsinə yazılmış mahnımı isə hələ ərsəyə gətirib çıxarmamışıq. Amma insanların reaksiyasını öyrənmək üçün toylarda ifa etdim, mükəmməl idi, çox gözəl qarşılandı. Aşıq mahnısı ifa edənlərdən üzr istəyirəm. Yaş ötdükcə bu sənət adamı özünə çəkir. Xoşuma gəlir, belə olanda adam ürəklənir”. 

Xatırladaq ki, Talıb Talenin babası Aşıq Talıb Aşıq Ələsgərin kiçik oğlu olub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью