Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub VİDEO

22.03.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Talıb Tale və bir neçə azərbaycanlı məşhur Rusiyada qəza enişi edən təyyarədə olub.
Bizim.Media xəbər verir ki, bu barədə Talıb Talenin özü təyyarənin göyərtəsindən məlumat yayıb.
O, mindikləri təyyarənin artıq Bakıya doğru uçduğunu bildirib.
Xatırladaq ki, Moskva-Bakı reysi ilə uçan "Aeroflot" şirkətinə məxsus təyyarə Şeremetyevo hava limanına qəza enişi edib.
Təyyarə bu gün səhər saat 8:00-da Bakıya yola düşüb, lakin mühərrikində nasazlıq yarandığı üçün Şeremetyevoya qayıdıb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью