“Taliban” ABŞ ilə münasibətlərin normallaşacağına ümid edir

06.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı Donald Trampın prezidentliyi dövründə ABŞ ilə münasibətləri inkişaf etdirmək istəyini açıqlayıb.

Bu barədə EFE agentliyi məlumat yayıb.

“Ümid edirik ki, Əfqanıstan və ABŞ qarşılıqlı fəaliyyətə əsaslanan ikitərəfli münasibətlərin yeni səhifəsini aça biləcəklər”, - agentlik ölkənin Xarici İşlər Nazirliyinin bəyanatından çıxarış verib.

Bundan əlavə, “Taliban” Tramp administrasiyasının iki ölkə arasında münasibətlərdə irəliləyişə yönəlmiş addımlar atacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın tələb olunan 270 seçici səsi həddini keçərək 277 seçicinin dəstəyini qazandığı və bununla da seçkilərdə qələbə qazandığı bildirilmişdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью