Taliban əfqan qadınlara məscidlərdə namaz qılmağı qadağan edib

07.03.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Əfqanıstanda Taliban hərəkatının formalaşdırdığı hökumətin məmurları qadınlara namaz qılmaq üçün məscidlərə getməyi qadağan ediblər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Herat vilayətindəki mənbələr bildiriblər ki, yeni məhdudiyyətlər barədə məlumat əhaliyə imamlar vasitəsilə şifahi olaraq çatdırılıb. Artıq qadınların məscidlərdə cümə namazlarında iştirak etməsinə icazə verilmir, halbuki əvvəllər onlar üçün məscidlərdə ayrıca otaqlar düzəldilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью