Taliban hökuməti niyə tanınmır? ŞƏRH | Icma.az
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Talibanın rəhbərlik etdiyi Əfqanıstan hökumətinin tanınması, həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə Orta Asiya və Mərkəzi Asiya ölkələri tərəfindən Talibanın tanınması, Əfqanıstanla bu region dövlətləri arasında münasibətlərin normallaşmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə təkan verə bilər.
Bu isə öz növbəsində beynəlxalq miqyasda ölkələrarası münasibətlərə, iqtisadi-ticarət əlaqələrinə və təhlükəsizlik əməkdaşlığına birbaşa təsir göstərir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan Əfqanıstanda hakimiyyətdə olan Taliban hökumətinin tanınması haqqında danışarkən bildirdi.
"Hazırda Taliban hökumətinin rəsmi olaraq geniş şəkildə tanınmamasının əsas səbəblərindən biri ABŞ, Böyük Britaniya, Fransa və Almaniya kimi Qərbin aparıcı dövlətlərinin bu rejimə qarşı ehtiyatlı və skeptik münasibətidir.
Bu səbəbdən, digər ölkələr Talibanla müəyyən səviyyədə əlaqə saxlasalar da, bu münasibətlər hüquqi baxımdan tam tanınma anlamına gəlmir və yalnız “de-fakto” (faktiki) əməkdaşlıq səviyyəsində qalır.
“De-yure” (hüquqi) tanınma isə daha kompleks və zamana ehtiyacı olan bir prosesdir.
Tam oxu
Xəbəri oxu