“Taliban”dan qeyri adi reklam çarxı VİDEO

08.07.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” qruplaşmasının nümayəndələri öz ölkələri ilə bağlı qeyri-adi reklam videoçarxı hazırlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, reklam çarxında turistlər ölkəyə dəvət olunub. 

İnternetdə yayımlanan görüntülərdə pulemyotlu "Taliban" silahlıları başlarına torba keçirilmiş üç nəfərin arxasında dayanıblar. "Amerikaya mesajımız var" deyən əfqanlardan biri "əsir"in başından torbanı çıxararaq təbəssümlə "Əfqanıstana xoş gəlmisiniz!" deyir. 

Onlar bununla çoxlarının Əfqanıstanın nə qədər gözəl olduğu barədə məlumatlı olmadıqlarını göstəriblər. 

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью