Talibanın terrorçular siyahısından çıxarılması barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib

11.12.2024

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Taliban"ın terrorçular siyahısından çıxarılması barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib

Rusiya Federasiyasının Dövlət Duması qeyri-qanuni fəaliyyətinə son qoymuş təşkilatın terror təşkilatları siyahısından çıxarılması mexanizmini təqdim edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Qanun layihəsinə əsasən, terrorizmin təbliği, bəraət qazanması və dəstəklənməsinə yönəlmiş fəaliyyəti dayandıran təşkilatın məhkəmənin qərarı ilə qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması mümkün olacaq. Layihə Vasili Piskarev, Andrey Klişas və Dmitri Vyatkin də daxil olmaqla bir qrup deputat və senator tərəfindən hazırlanıb. Onların fikrincə, qanun layihəsi qanunvericilikdəki hüquqi boşluqları aradan qaldıracaq.

Qanun layihəsi noyabrın 25-də Dövlət Dumasına təqdim edilib. Dövlət Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən təsdiq edilib.

Əziz Mustafa, Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью