Talış kəndində alov yaşayış məntəqəsinə YAXINLAŞDI

28.07.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağdərə və Xocavənd rayonlarının bəzi ərazilərində yanğınlar davam edir.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Xocavənd rayonunun Hünərli kəndi və Ağdərə rayonunun Talış kəndi ərazisində dağ massivlərində şiddətli yanğın müşahidə olunur.

Sözügedən rayonlarda alovla mübarizə aidiyyəti üzrə yanğınsöndürən briqadalar tərəfindən davam etdirilir.

Onu da qeyd edək ki, Ağdərə rayonunun Talış kəndi ərazisində alov yaşayış məntəqəsinə yaxınlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью