Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Aston Villa"nı yaxşı tanıyırıq".
Apasport.az xəbər verir ki, bunu "Fənərbaxça"nın braziliyalı ulduzu Anderson Talişka UEFA Avropa Liqasında keçiriləcək "Aston Villa" matçından öncə baş tutan mətbuat konfransında deyib.
Braziliyalı futbolçu “Aston Villa”nın sabiq futbolçuları olan Con Duran və Marko Asensio ilə oynamaq necə hissdir?" sualını belə cavablandırıb: "Asensio və Duranla birlikdə oynadığım üçün xoşbəxtəm.
Klub olaraq, onların bizimlə olmasına şadıq. Onlar çox yaxşı insanlardır. Komandamıza çox kömək edirlər.
Biz "Aston Villa"nı tanıyırıq, onlar yaxşı mövsüm keçirirlər. Evdə oynayacağıq və 3 xal istəyirik, məqsədimiz budur".
Talişka "sarı-lacivərdlilər"in əfsanə futbolçusu Aleks De Souzaya bənzədilməsindən məmnun olduğunu bildirib: "Bir az oxşar cəhətlərimiz var, eyni mövqedə oynayırıq.
Məncə Aleks klub tarixinin ən böyük futbolçusudur. Çox böyük uğurlar qazanıb. Bəzən onunla söhbət edirik.
Burada əldə etdiyi hər şeyə layiqdir. O, hər zaman komandasına töhfə verib. Mən də bu bənzətmədən məmnunam”.