Talişka ÇL matçından öncə belə danışdı

28.07.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

"Fənərbağça"nın futbolçusu Anderson Talişka UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qornik Zabrze" ilə cavab oyunu öncəsi mətbuat konfransında açıqlama verib.

Fanat.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandasının yüksək keyfiyyətə malik olduğunu vurğulayıb.

"Heyətimizin çox keyfiyyətli olduğunu hamı bilir. Komanda yoldaşlarıma və baş məşqçimizə güvənirəm. Çempionlar Liqasında liqa mərhələsinə yüksəlmək üçün gücümüz var. Sadəcə, üzərimizdə işləməyə davam etməliyik. Addım-addım ən yaxşı oyun ritmimizi tapacağıq".

Talişka İstanbul təmsilçisinin hələ tam gücünə çatmadığını, lakin bunun yaxın zamanda həll olacağına inandığını deyib.

"Bu komanda 100 faiz hazır vəziyyətə çatanda çox başqa olacaq. Hazırda əsas məqsədimiz çox çalışmaq və Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməkdir. Biz mübarizə aparmağa hazırıq!"

Qeyd edək ki, komandalar arasında İstanbulda keçirilən ilk görüşdə "Fənərbağça" Anderson Talişkanın cərimə zərbəsindən vurduğu qol sayəsində "Qornik Zabrze"ni 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması iyulun 29-da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью