Taliska “Fənərbağça”ya keçir

27.01.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“Əl-Nəsr” klubunun braziliyalı yarımmüdafiəçisi Anderson Taliska Səudiyyə klubundan ayrılaraq, “Fənərbağça”ya keçir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, “Fənərbağça” Taliska ilə 2026-cı ilin iyununa qədər 1,5 illik razılaşma əldə edib.
Hazırda braziliyalı futbolçunun müqavilə və müayinə üçün Türkiyəyə səfəri planlaşdırılır.
“Fənərbağça” Taliska üçün bu gün Səudiyyə Ərəbistanına şəxsi təyyarə göndərəcək və braziliyalı ulduz hazırlıqlarını tamamlayaraq İstanbula gələcək. 
Qeyd edək ki, “Transfermarkt” portalına görə, Taliskanın bazar dəyəri 12 milyon avrodur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью