Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Taliska "Fənərbaxça"da qaldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Fənərbaxça" klubu ulduz futbolçusu Anderson Taliska ilə müqavilənin müddətini uzadıb.
QOL.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb. Bu barədə klub məlumat yayıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarından "sarı-lacivərdlilər"in formasını geyinən Taliska cari mövsümdə möhtəşəm performansı ilə seçilir. O, bütün turnirlərdə meydana çıxdığı 33 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Fənərbaxça" 20 turdan sonra Türkiyə Superliqasında 2-ci pillədə qərarlaşıb və lider "Qalatasaray"dan 6 xal geri qalır. Komanda fevralın 10-da "Gənclərbirliyi" ilə üz-üzə gələcək.