Taliska “Fənərbaxça” tarixinə düşüb

12.12.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Fənərbaxça” UEFA Avropa Liqasının VI turu çərçivəsində səfərdə “Brann”la qarşılaşıb.

Apasport.az xəbər verir ki, görüş İstanbul klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaq komandanın futbolçusu Anderson Taliska üçün bu matç xüsusi əhəmiyyət daşıyıb.

Belə ki, qarşılaşmada het-trikə imza atan braziliyalı vinger “sarı-lacivərdlilər”in avrokuboklarda bunu bacaran ilk futbolçusu kimi tarixə düşüb.

Qeyd edək ki, 31 yaşlı Taliska bu mövsüm “fənər”in heyətində meydana çıxdığı 23 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Messi Hindistandakı heykəlinin açılışında iştirak edəcək ÇL: Həftənin oyunçusu bəlli olub Vardi İtaliyada ən yaxşısı seçilib Mərc oyunlarına görə saxlanıldı, klubu sözləşməsini ləğv etdi Abubakarın paxıllığını çəkirmiş: Milliyə çağrılmama səbəbi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью