Talişka Fənərbaxçada

23.12.2024

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Super Liqa nəhənglərindən "Fənərbaxça" Anderson Talişkanın transferini tamamlayıb.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" həm braziliyalı ulduzla, həm də "Əl-Nəsr"lə əl sıxışıblar.

"Fənərbaxça"nın Talişkaya ödəyəcəyi maaş və müqavilə detalları da açıqlanıb.

İstanbul təmsilçisi Talişkanı satın alma variantı ilə icarəyə götürəcək. 

"Sarı-lacivərdlilər" Talişkanın 12 milyon avro maaşının yarısını ödəyəcək. Braziliyalının alış variantı 5 milyon avro olacaq. "Fənərbaxça" mövsümün sonunda Talişkanın komandada qalmasını istəyərsə, futbolçu ilə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 3,5 il ərzində "Əl-Nəsr"in heyətində 104 matça çıxan braziliyalı 76 qol vurub, 10 məhsuldar ötürmə edib. O, 2016-2018- ci illərdə digər İstanbul klubu - "Beşiktaş"ın şərəfini qoruyub. 

Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir Ziyeş niyə "Qalatasaray"dan ayrılmaq istəyir? - Şok İddia "Beşiktaş"dan seçki qərarı: Tarix bəlli oldu "Siti"də kabus davam edir: "Artıq matçlarda qalib gələ bilmirik" “Barselona”dan antirekord
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью