Talişkadan Fənərbağça həmləsi

25.11.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin "Fənərbağça" klubu Anderson Talişka transferi üçün artıq günləri sayır.

"Cebheinfo.az" xəbər verir ki, ulduz futbolçunun yanvar ayında İstanbula gedəcəyi gözlənilir.

Braziliyalı futbolçu da son həmləsi ilə "Fənərbağça" azarkeşlərini həyəcanlandırıb. 

O, "Instagram" hesabından İstanbul təmsilçisində çıxış edən həmyerliləri Fred və Rodriqo Bekaonu izləməyə başlayıb. 

Bu isə sosial şəbəkələrdə azarkeşlər arasında geniş şəkildə müzakirə olunan mövzulardan birinə çevrilib. 

Qeyd edək ki, Anderson Talişka bu mövsüm Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda meydana çıxdığı 17 matçda 8 qol vurub. 

Elmir Mustafa 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью