Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Belə ki, qətldə iştirak etmiş Valeri Şlyafmanın günahı sübuta yetirilib. O, qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Sankt-Peterburq məhkəmələrinin birləşmiş mətbuat xidmətinin Telegram kanalı məlumat yayıb.
"Məhkəmə Valeri Petroviç Şlyafmanı cəzalandırdı və onu bir sıra cinayətlərə görə ümumi rejimli cəzaçəkmə müəssisəsində 13 il müddətinə azadlıqdan məhrum etdi", - Petroqradski Rayon Məhkəməsinin hakimi hökmü elan edib.
Müəyyən edilib ki, “Yubileynıy” İdman Sarayının pərdə arxasında yaranan münaqişə zamanı Şlyafman Talkovu güllələyib və onu ölümcül yaralayıb. Şlyafman İsrailə qaçıb və 1992-ci ildə qəsdən adam öldürmədə qiyabi ittiham olunub. 2021-ci ildə iş yenidən qaldırılandan sonra müstəntiqlər cinayətin qəsdən törədildiyi qənaətinə gəliblər.
Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. "Məhkəmə Valeri Petroviç Şlyafmanı cəzalandırdı və onu bir sıra cinayətlərə görə ümumi rejimli cəzaçəkmə müəssisəsində 13 il müddətinə azadlıqdan məhrum etdi", - Petroqradski Rayon Məhkəməsinin hakimi hökmü elan edib.