Icma.az bildirir, Demokrat.az portalına istinadən.
"Son illərdə təhsil islahatlarının əsas istiqamətlərindən biri müəllim əməyinin təşkil formasının müasir və səmərəli modelə çevrilməsidir. Ən çox müzakirə olunan yeniliklərdən biri müəllimlərin saat hesablı sistemdən tam iş rejiminə keçməsidir. Bu dəyişiklik müəllimlərin əməyinin yalnız dərs saatına görə yox, bütün iş fəaliyyətinə görə qiymətləndirilməsini, maaş sisteminin sabitləşdirilməsini və işin mahiyyətinin yenidən formalaşmasını nəzərdə tutur".
Bunu Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
O, bildirib ki, yeni model müəllimin əməyini daha ədalətli qiymətləndirir, maaşın stabil olmasını təmin edir və məktəbdə peşəkar mühitin yaradılmasını asanlaşdırır:
"Müəllimlər bütün gün məktəbdə olduqda dərs planlaması, kollektivdə təcrübə paylaşımı, şagirdlərlə fərdi məşğələlər və olimpiada hazırlıqları daha səmərəli təşkil edilə bilər. Eyni zamanda, repetitorluq və əlavə qazanc üçün hazırlıq dərslərinə ehtiyac nisbi olaraq azalır ki, bu da məktəb təhsilinin keyfiyyətini yüksəldə bilər".
Onun sözlərinə görə, bu modelin çətinlikləri də mövcuddur:
"Müəllimlərin şəxsi vaxtı azalır, məktəblərin infrastruktur baxımından tam hazır olmaması narazılıq yarada bilər, iş yükü arta bilər və digər gəlir mənbələri məhdudlaşa bilər. Uzun illər saatlıq rejimdə çalışan müəllimlərin yeni rejimə adaptasiyası da psixoloji çətinliklər doğura bilər".
Deputat bildirib ki, tam iş rejiminin tətbiqi müəllim əməyinin dəyərini artırmaq, tədrisin keyfiyyətini yüksəltmək və müəllim peşəsinə nüfuz qazandırmaq məqsədi daşıyır:
"Lakin bunun uğuru infrastrukturun yenilənməsinə, məktəb rəhbərliyinin və müəllimlərin adaptasiyasına bağlıdır. Düzgün planlaşdırıldıqda bu model təhsildə müsbət dönüş yarada bilər, amma hazırlıqsız tətbiq həm müəllim məmnuniyyətsizliyini, həm də qarşıdurmaları artıra bilər".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bunu Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.