Tam məsafəyə marafon qaçışı Azərbaycanda İLK İdman və Biz

20.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycanda ilk dəfə tam məsafəyə marafon qaçışı keçiriləcək.

İdman.biz xəbər verir ki, "Prezident Kuboku" uğrunda yarış 2024-cü ilin "İdman Paytaxtı" Qubada baş tutacaq.

Marafonda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya və Belçika təmsilçilərinin də yer aldığı 120-ə yaxın atlet mübarizə aparacaq.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər Qaçış Klubu"nun birgə təşkilatçılığı ilə keçiriləcək yarışa dekabrın 22-də saat 10:00-da Quba Olimpiya İdman Kompleksində start veriləcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью