Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin keçiriləcəyi tarixlər açıqlanıb.
Bu barədə XQ-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək aparılacaq.
Abituriyentlər müəyyən edilmiş müddətdə elektron ixtisas seçimi ərizəsini dolduraraq müsabiqədə iştirak edə bilərlər.