Icma.az, Modern.az saytına istinadən bildirir.
Tam ştatlı müəllim modelində məktəbdə dərsdənkənar fəaliyyətə ayrılan vaxtın və fərdi işin necə dəyərləndiriləcəyi hələ də müzakirə mövzusudur.
Modern.az xəbər verir ki, təhsil tədqiqatçısı Elmin Nuri AzEdu podkastında modelin müəllimlər üçün nəzərdə tutulan şərtlərindən danışıb. Onun sözlərinə görə, 2027–2031-ci illəri əhatə edəcəyi bildirilən ilkin mərhələnin 20 min müəllimi əhatə etməsi planlaşdırılır.
E.Nuri müəllimlərin məktəbdə daha uzun müddət qalacağı halda, dərsdənkənar işlərinin, o cümlədən şagirdlərlə fərdi məşğələlərin necə təşkil olunacağı və qiymətləndiriləcəyi barədə sualların qaldığını deyib. O, bu fəaliyyət üçün müəllimlərə hansı şəraitin və əlavə təşviqlərin yaradılacağının aydınlaşdırılmasını vacib sayıb.
Təhsil tədqiqatçısı hesab edir ki, tam ştatlı model məktəblərdə tədris prosesinə ciddi təsir göstərə bilər. Bununla yanaşı, müəllimlərin üzərinə düşən əlavə öhdəliklərin necə qarşılanacağı barədə aydın mexanizm olmalıdır.