“Tamam, ya davam” Bakıda olacaq

15.01.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

22 yanvar FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının 3-cü, yəni tamam və ya davam oyunu Bakıda baş tutacaq.

Futbolpress.az xəbər verir ki, 7 yanvar Bakıda “Aliağa Petkim Spor” rəqibini 82-81 hesabı ilə məğlub edərək seriyada 1-0 önə keçib. 14 yanvarda keçirilmiş cavab oyununda isə “Hapoel Holon” 65-62 hesablı qələbəylə seriyada ümumi hesabı bərabərləşdirib.

Qeyd edək ki, klublar arasındakı həlledici qarşılaşma Bakı İdman Sarayında oynanılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью