Tamaşaçı əxlaq keşikçisi, papağı cibində ər görüntüsünü sevmir

28.02.2025

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Özünütəsdiq formasını tapmaq müşkül işdir: ağıllı, düşünən tamaşaçı və ya izləyici çox tələbkar. Efir ciddi, sosial media isə daha qəddar güzgüdür. Cismin və xislətin çılpaqlığı ilə ortaya çıxır, gizlətmək mümkünsüz".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə yazıb. Aparıcı efirdə saxta görüntü nümayiş etdirənlərəsəslənib:

"Yalanı sevməz tamaşaçı. Mələk obrazı, əxlaq keşikçisi, namus maskası, rəngləri qarışıq ailə tablosu, papağı cibində ər görüntüsü və ya ərin maketləşmiş, teatrallaşmış miskin baxışıları. Saxlayın özünüzə, bizə sırımayın. Hə, qaldı peşə məsələsinə: özünüz olun, özünüz, orijinal. Beyin, bilik, ağıl, istedad və ən vacib səmimiyətinizlə, plagiat yaramaz. "Fatma xala, Gülpəri nənə" adından tərif qoşsalar belə, obraz mükəmməl deyilsə, olsa-olsa onlayın dan sifarış gələn "copy paste" fason bir şeyə bənzəyəcəksiniz".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью